Oğuzun Qumlaq kənd tam orta məktəbində “QİÇS/HİV və digər yolxucu xəstəliklər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Oğuz Rayon Mərkəzi Xəstəxanasından SƏHİYYƏ TV-yə bildirilib ki, tədbirdə xəstəxananın pediatrı Səxavət Daşdəmirov, Qumlaq kənd tibb məntəqəsinin işçiləri, müəllim və şagird kollektivi iştirak edib.
Əvvəlcə həkim-prediatr Səxavət Daşdəmirov görüşün maarifləndirici xarakter daşıdığını və sağlamlıq üçün vacibliyini qeyd edib. O, QİÇS xəstəliyinin ölkə üzrə statistikası, xəstəliyin əlamətləri, yayılma yolları və bu bəladan qorunma metodları haqqında şagirdlərə məlumat verib. Həkim insanların ildə azı bir dəfə İİV laborator analiz verməsini tövsiyyə edib.
Daha sonra Qumlaq kənd tibb məntəqəsinin tibb bacısı Mahirə Zeynalova çıxış edərək xəstəliyin əsasən qan vasitəsilə ötürüldüyünü bildirib.
Sonda müəllim və şagirdlərə “QİÇŞ” xəstəliyi mövzusunda bukletlər paylanılıb.
✔ Bu xəbər sizə maraqlı ola bilər
Limon suyunun inanılmaz faydaları
Son Yazılar
- « Przyjmuje Zakłady Sportowe Krzyżówka Hasła I Podpowiedzi Perform Krzyżówek Workwear
- Las Mejores Viviendas De Apuestas Deportivas En Perú
- Book of Ra: Warum Spieler in deutsche Casinos immer wieder ziehen
- Site Oficial De Cassino Online Elizabeth Apostas No Brasil