“C vitamini və faydalı bitki birləşmələrlə zəngin olan limon həmçinin kilo itkisi, yaxşı həzm və bədənin ümumi detoksifikasiyasına da faydalıdır”.
Bu fikirləri tibb mütəxəssisləri bildirir.
Onların sözlərinə görə, limon saçların sağlam uzanmasına da kömək edir.
Limonun tərkibindəki vitamin və minerallar saç tellərinin qalınlaşmasına kömək edir. Limon həm də kəpəyə qarşı yaxşı bir xilaskardır. Saçda kəpəyin əmələ gəlməsinin qarşısını alır və onu yox edir.
Limon eyni zamanda qan dövranını sürətləndirən, saç follikullarını gücləndirən və yeni saçların böyüməsini stimullaşdıran bir çox komponentə malikdir.