Xroniki qulaq xəstəliklərində, qulaq infeksiyalarından sonra qulaq pərdəsində dəliklər, orta qulağın problemlərinə görə eşitmədə azalma mşahidə edilir. Bu xəstələrin müalicəsi cərrahidir.
Mütəxəssislərin sözlərinə görə, xəstələrin bir hissəsində isə daxili qulaq problemləri olur. Bunun da müalicəsi eşitmə cihazları ilə həyata keçirilir.
Araşdırmalara görə, eşitmə problemləri sadəcə yaşlılarda olmur. Cavanlarda, uşaqlarda da irsi və başqa səbəblərdən dolayı bu problemlər ortaya çıxa bilər. Xəstəlik aşkar olunduqdan sonra ilk günlərdə dərman preparatları ilə müalicə edilir. Bütün hallarda problem hiss edildikdə, həkim müayinəsindən keçmək mütləqdir. Əks halda geridönülməz nəticələr baş verər bilər.
Sevinc