İsrailin Müdafiə Ordusunun (SAXAL) əsgərlərinə meymunçiçəyinə qarşı istifadə müddəti bitmiş peyvəndlər vurulub.
Bununla bağlı olaraq ölkədə böyük qalmaqal yaşanır.
Ötən ilin yayında pandemiyaya çevriləcəyi iddia edilən, lakin xəstələnənlərin toplam sayı 56 min nəfəri keçmədiyi üçün qlobal miqyasda təhlükə sayılmayan meymunçiçəyi ilə effektiv mübarizə metodları var.
Bu səbəbdən dünya ölkələrinin tam əksəriyyətində meymunçiçəyi problemi yaşanmır.
Sadəcə, İsrail təki azsaylı dövlətlərdən savayı.
Aparılmış təftiş göstərib ki, İsrail ordusunun ən azı 11 əsgərinə meymunçiçəyinə qarşı keyfiyyətsiz peyvənd vurulub. Peyvənd ampulaları nəzərdə tutulmuş buzxanalarda yox, adi soyuducularda, özü də müddətdən artıq saxlanılıbmış.
Əsgərlərdən birinin halı kəskin pisləşib. Digərlərində isə subfebril qızdırma, iynə vurulan yerdə qızartı və s. müşahidə olunub.
İsrail Bioloji Tədqiqatlar İnstitutu və ordunun 2 hospitalı hadisə ilə bağlı araşdırmalara başlayıblar.
✔ Bu xəbər sizə maraqlı ola bilər
Limon suyunun inanılmaz faydaları
Son Yazılar
- 1win: Ставки На Cпорт И Онлайн Казино Бонус 500%
- pinco сайт
- Pinco Официальный ᐉ Регистрация И Вход В Личный Кабинет
- 1вин официальный сайт