Mütəxəssislər xroniki xəstəlikləri olan və daim dərmanlar qəbul edən insanlar üçün xəbərdarlıq edir.
Onlar dərmandan sonra hansı qidaları qəbul edib, etməmək barədə araşdırma aparıb.
Qreyfrut qan təzyiqi dərmanlarının təsirini artırdığı üçün təhlükəli olur. Yalnız bir qreyfrut və ya qreyfrut suyu bəzi xolesterol dərmanlarının təsirini 13 dəfə artıra bilər. Bu, dərmanların yan təsirlərini artırır.
Dəmir çatışmazlığı səbəbindən anemiyanın müalicəsi üçün dərmanlardan istifadə edərkən dərman qəbul etməzdən iki saat əvvəl və iki saat sonra çay, qəhvə, süd və süd məhsullarından imtina etmək lazımdır. Bu qidalar bağırsaqlarda dəmirin udulmasını azaldır.
Bunları da oxu:
səhiyyə və sağlamlıq xəbərləri
Kələm, ispanaq kimi yaşıl yarpaqlı tərəvəzlər A vitamini ilə zəngin qidalardır. A vitamini qanın laxtalanmasına kömək edir. Əgər qan durulducu dərmanlar qəbul edirsinizsə, bu qidalar dərmanınızın təsirini azalda bilər. Hətta yaşıl çayın da bu problemə səbəb olduğu deyilir.
Zeynəb Müzəffərli
✔ Bu xəbər sizə maraqlı ola bilər
Limon suyunun inanılmaz faydaları
Son Yazılar
- Exploring the Ultimate Insights into the 2024 Adobe Premiere Pro Crack Options
- Dr. Könül Məmmədova – Həkim – Nevroloq – Almaniya – DÜNYADA BİZ (31.03.2023)
- Anadangəlmə hidronefroz və uşaqlarda sidik yollarının infeksiyaları – UŞAQ SAĞLAMLIĞI (24.03.2023)
- DR.Rəvan Əliyev – Travmatoloq-ortoped – DÜNYADA BİZ (17.03.2023)