Azərbaycan Travmatoloq və Ortopedlərinin IV Qurultayı keçirilib

858
0
ortoped

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) təşkilatçılığı ilə İkinci Qarabağ müharibəsinə həsr olunan Azərbaycan Travmatoloq və Ortopedlərinin IV Qurultayı keçirilib.

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, tədbirdə TƏBİB-in İcraçı direktorunun müavinləri – Araz Nəsirov və Anar İsrafilov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, millət vəkili Soltan Məmmədov, ETTOİ-nin direktoru Elviz Qasımov, ETTOİ-nin direktor müavini Fərhad Verdiyev, həkim-travmatoloq-ortopedlər və b. iştirak ediblər.

Tədbirdə çıxış edən H.İbrahimli Azərbaycan travmatoloq-ortopedlərinin 44 günlük müharibə zamanı xəsarət alan əsgər və zabitlərimiz üzərində həyati vacib rekonstruktiv-bərpaedici əməliyyatlar apardıqlarını bildirib. Agentlik rəsmisi, həmçinin icbari tibbi sığorta çərçivəsində göstərilən travmatoloji-ortopedik tibbi xidmətlər barədə məlumat verib və 2020-ci ildən bu günə qədər icbari tibbi sığorta çərçivəsində 1600-ə yaxın endoprotezləşdirmə əməliyyatı icra olunduğunu qeyd edib.

Qurultayda II Qarabağ müharibəsi zamanı travmatoloji xidmətin təşkili, odlu silah yaralanmaları zamanı sümük və yumşaq toxumalarda cərrahi müdaxilələr, qazi və yaralananların tibbi, psixo-sosial reabilitasiyası, travmatologiya və ortopediyanın digər aktual problemlərini əhatə edən 8 panel təqdim olunub.

Azərbaycan və Türkiyənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdim olunacaq məruzələrdə ən son tibbi məlumatlar əks olunub. Konqres sual-cavab sessiyaları və panel müzakirələri ilə davam etdirilib.

Qurultayda ilk dəfə olaraq “Azərbaycan Travmatoloq və Ortopedlərin dostu” fəxri adları türkiyəli həkimlərə təqdim edilib. Həm Qarabağ müharibəsində, həm də yerli həkimlərin uzmanlıq ixtisaslarının təkmilləşdirilməsində qardaş ölkə həmkarlarının əvəzsiz rolu olduğu qeyd edilib.

Sonda 44 günlük Vətən Müharibəsində iştirak edən travmatoloq-ortopedlər təltif edilib.

Qurultay
Qurultay
Qurultay təbib
Qurultaydan Görüntülər
Qurultay təbib
Travmatoloq Və Ortoped Qurultayı
Travmatoloq və Ortoped
Travmatoloq Və Ortoped Qurultayı
Travmatoloq və Ortoped
Travmatoloq Və Ortoped – Təbib
Travmatoloq və Ortoped
76EFFB09 AB1F 4231 9566 6C2F857A64581671444226
4319378A 162C 4F10 B453 C237C6A2A5C41671444226
Travmatoloq və Ortoped Qurultay
Travmatoloq Və Ortoped
A9EDDB33 EED2 4152 A262 5473EA0511AB1671444226
02933C4D EED9 4E2C A4AF 7769376F5BEE1671444226
Travmatoloq və Ortoped qurultayı bakı
617D73E2 9D68 4E32 87AE 8B2123A228A01671444226
DE631694 9CB9 465D 8043 6DAACC5B6AFB1671444226

✔ Bu xəbər sizə maraqlı ola bilər

Limon suyunun inanılmaz faydaları

Son Yazılar

Şikayət etmək şəkər yaradır

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam