ABŞ-da yerli medianın “Əksinə Romeo və Cülyetta” adlandırdığı qətl araşdırılır.
Missuri şttatındakı Ozark şəhərinin sakini, 17 yaşlı Ceykob Seyr sevgilisi, 16 yaşlı Viktoriya Consu qətlə yetirməkdə suçlanıb.
İbtidai istintaqdan verilən məlumağa görə, Ceykob bu ilin sentyabrında Viktoriyaya ifrat dozada fentanil preparatı verərək onun ölümünə səbəb olub.
Məhkəmənin qərarına görə, C.Seyr 50 min dollarlıq girovun müqabilində pullu zaminə öuraxılıb.
Digər Xəbəri Oxu: 16 mindən çox I Qarabağ müharibəsi əlilinə birdəfəlik ödəmə verilib
O, 2023-cü ilin yanvarın 31-də yenidən məhkəməyə cəlb ediləcək.
Viktoriya Consun anası Vendi Qless Consun dediyinə görə, qızının qətlində əli olduğuna zərrə qədər şübhə etmədiyi şəxsin azadlıqda gəzməsinə heyrətlənir və qəzəblənir.
“Qızımı kilsəyə apararaq onu əbədiyyətədək sevdiyini deyib. Yalandır. Onları “Romeo və Cülyetta” da adlandırırlar. Bu da ağ yanlışdır. Ceykob Seyr narkotika alveri ilə məşğul idi və qızımı da narkoman etmək istəyirdi. Sentyabrın 4-də isə qızıma ölümcül dozada fentanil verdi. Qızım can verəndə “sevgilisi” heç nə etmədi, 911-ə zəng etmədi, kömək çağırmadı. Tanrıdan yeganə arzum var ki, o adam ən ağır cəzasını alsın. Belələrinə cəhənnəmdə xüsusi yer ayırıblar”, – Viktoriyanın anası söyləyib.
✔ Bu xəbər sizə maraqlı ola bilər
Limon suyunun inanılmaz faydaları
Son Yazılar
- Exploring the Ultimate Insights into the 2024 Adobe Premiere Pro Crack Options
- Dr. Könül Məmmədova – Həkim – Nevroloq – Almaniya – DÜNYADA BİZ (31.03.2023)
- Anadangəlmə hidronefroz və uşaqlarda sidik yollarının infeksiyaları – UŞAQ SAĞLAMLIĞI (24.03.2023)
- DR.Rəvan Əliyev – Travmatoloq-ortoped – DÜNYADA BİZ (17.03.2023)