Birlәşmiş Millәtlәr Tәşkilatı Yәmәnlә bağlı bәyanat verib.
Bəyanatda verilən məlumata görə, illərdir vətəndaş müharibəsinin davam etdiyi Yəməndə 5 yaşdan kiçik 2,2 milyon uşağın qida çatışmazlığı səbəbindən müalicəyə ehtiyacı var. Onlardan yarım milyonu ölümlə üz-üzədir.
Təxminən 8 ildir şiddətli toqquşmaların yaşandığı Yəməndə yoxsulluğun artması ilə birlikdə aclıq və qida çatışmazlığı günü-gündən artır.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Yəmən üzrə nümayəndəsi Peter Havkins ölkədə qida çatışmazlığı ilə bağlı son məlumatları paylaşıb.
Onun sözlərinə görə, Yəməndə hər 5 uşaqdan 2-si qida çatışmazlığı səbəbindən müalicəyə ehtiyac duyur. Onların yarım milyonu kəskin qida çatışmazlığı riski altındadır.
Mütəxəssis qeyd edib ki, zəif qidalanma uşaqların xüsusilə doğuşdan sonrakı ilk 2 ildə fiziki və zehni inkişafına zərər verir. Həmin uşaqlar müalicə olunsa belə bunun təsirləri böyük ölçüdə olur.
✔ Bu xəbər sizə maraqlı ola bilər
Limon suyunun inanılmaz faydaları
Son Yazılar
- Freespin Veren
- Играть В Покер Онлайн На Покердом
- slot oyunları siteleri
- Sweet Bonanza ücretsiz demo sürümünü oynayın