2 milyon uşaq təhlükədədir – ÜST

1118
0
uşaq

Birlәşmiş Millәtlәr Tәşkilatı Yәmәnlә bağlı bәyanat verib.

Bəyanatda verilən məlumata görə, illərdir vətəndaş müharibəsinin davam etdiyi Yəməndə 5 yaşdan kiçik 2,2 milyon uşağın qida çatışmazlığı səbəbindən müalicəyə ehtiyacı var. Onlardan yarım milyonu ölümlə üz-üzədir.

Təxminən 8 ildir şiddətli toqquşmaların yaşandığı Yəməndə yoxsulluğun artması ilə birlikdə aclıq və qida çatışmazlığı günü-gündən artır.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Yəmən üzrə nümayəndəsi Peter Havkins ölkədə qida çatışmazlığı ilə bağlı son məlumatları paylaşıb.

Onun sözlərinə görə, Yəməndə hər 5 uşaqdan 2-si qida çatışmazlığı səbəbindən müalicəyə ehtiyac duyur. Onların yarım milyonu kəskin qida çatışmazlığı riski altındadır.

Mütəxəssis qeyd edib ki, zəif  qidalanma uşaqların xüsusilə doğuşdan sonrakı ilk 2 ildə fiziki və zehni inkişafına zərər verir. Həmin uşaqlar müalicə olunsa belə bunun təsirləri böyük ölçüdə olur.

✔ Bu xəbər sizə maraqlı ola bilər

Limon suyunun inanılmaz faydaları

Son Yazılar

Şikayət etmək şəkər yaradır

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam