Xudat şəhərində ana və qızı göbələkdən zəhərləniblər.
“Report”un Şimal bürosu xəbər verir ki, Xaçmaz rayonunun Şimali kənd sakinləri, 1944-cü il təvəllüdlü Nemətova Roza Bədəl qızı və onun qızı, 1979-cu il təvəllüdlü Ağayeva Çimnaz Nemət qızı göbələk turşusundan zəhərlənərək ağır vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Həkimlərin səyinə baxmayaraq, R.Nemətovanın həyatını xilas etmək mümkün olmayıb.
Ç.Ağayevanın isə vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.