Rusiya Statistika İdarəsinin 2022-ci il üçün məlumatına görə, Çeçenistan, Dağıstan və İnquşetiyada boşanmaların sayı demək olar ki, iki dəfə artıb. Həmçinin bu respublikalarda ilin sonunda nikahların sayında azalma qeydə alınıb.
Ailə üzrə ekspert Qalina Karaseva statistikaya təsir edən səbəblər barədə danışıb.
O, bildirib ki, Avropa həyat tərzi Şimali Qafqaza da təsir etməyə başlayıb ki, bu da yerli əhalinin adət-ənənələrinə təsir edir.
“Şərq yox, Avropa mədəniyyəti Qafqaza nüfuz etməyə başlayıb. Artıq yerli sakinlər boşanmağa daha asan qərar verirlər”, – deyə o, bəyan edib.
Bundan əlavə, onun fikrincə, COVID pandemiyası da vəziyyətə mənfi təsir edib. Bir çox ailələrdə karantin səbəbindən münasibətlər pisləşib.
oxu: Süni mayalanma ilə doğulan uşaqların atası kimdi? – VİDEO
Bu ölkə koronavirusdan qurtula bilmir
Hər iki nəfərdən biri boşanır? – SƏBƏB
Bu arada, boşanmaların ən aşağı göstəricisi Moskva və Sankt-Peterburqda qeydə alınıb. 2022-ci ildə iki paytaxtda nikahların sayı boşanmaların sayını demək olar ki, iki dəfə üstələyib.
Karaseva izah edib ki, bu, meqapolislərin sakinlərinin yüksək rifahı ilə əlaqədardır və onun fikrincə, maddi durum nikahın qorunub saxlanmasına müsbət təsir göstərir.
“Böyük şəhərlərdə insanlar münasibətlərini rəsmiləşdirməyə çalışmırlar. Buna görə də, onların sonu statistikaya daxil edilməyib”, – deyə ekspert qeyd edib.
✔ Bu xəbər sizə maraqlı ola bilər
Limon suyunun inanılmaz faydaları
Son Yazılar
- Exploring the Ultimate Insights into the 2024 Adobe Premiere Pro Crack Options
- Dr. Könül Məmmədova – Həkim – Nevroloq – Almaniya – DÜNYADA BİZ (31.03.2023)
- Anadangəlmə hidronefroz və uşaqlarda sidik yollarının infeksiyaları – UŞAQ SAĞLAMLIĞI (24.03.2023)
- DR.Rəvan Əliyev – Travmatoloq-ortoped – DÜNYADA BİZ (17.03.2023)