Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspert-nümayəndə heyəti ilə 2 nömrəli Bakı Baza Tibb kollecinin müəllim-tələbə heyəti arasında görüş keçirilib.
STV xəbər verir ki, kollecin direktoru Dilarə Məmmədəliyeva qonaqları simulyasiya və təlim mərkəzləri, təcrübə otaqları ilə yaxından tanış edib.
Dəyirmi masa arxasında ÜST-nin nümayəndə heyətinin üzvləri – Margarieta Langins, Shoshy Goldberg, Nilufər Demiral, Gülşen Topaktaş, Gülbin Konakçı, Ummahan Jucel, Fatma Vural və kollecin bir qrup müəllimi ilə orta tibb işçilərinin səhiyyədə aparıcı rolu və onların təcrübi vərdişlərinin təkmilləşdirilməsi haqqında fikir mübadiləsi aparıblar.
Daha sonra qonaqlar kollecin akt zalında “Tibb bacısı (qardaşı) işi” və “Mamalıq işi” şöbələrinin tələbələri ilə görüş keçiriblər, onları maraqlandıran sualları cavablandırıblar. Məruzəçilər çıxışlarında bu peşələrin vacibliyini vurğulayaraq, gələcəyin orta tibb işçilərinə müvəffəqiyyətlər arzulayıblar.
✔ Bu xəbər sizə maraqlı ola bilər
Limon suyunun inanılmaz faydaları
Son Yazılar
- Exploring the Ultimate Insights into the 2024 Adobe Premiere Pro Crack Options
- Dr. Könül Məmmədova – Həkim – Nevroloq – Almaniya – DÜNYADA BİZ (31.03.2023)
- Anadangəlmə hidronefroz və uşaqlarda sidik yollarının infeksiyaları – UŞAQ SAĞLAMLIĞI (24.03.2023)
- DR.Rəvan Əliyev – Travmatoloq-ortoped – DÜNYADA BİZ (17.03.2023)