“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyinin rəhbəri Aleks Haykens ilə görüşüb.
Aztibb.az TƏBİB-ə istinadla xəbər verir ki, görüşdə TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov və Anar İsrafilov, UNICEF Azərbaycan Nümayəndəliyinin əməkdaşı Töhfə Cəmilova, TƏBİB-in aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə tibb işçilərinin potensialının gücləndirilməsi, onların davamlı peşəkar inkişafı üçün mexanizmlərin yaradılması, o cümlədən onlayn və qarışıq ixtisasartırma kurslarının təşkili, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün dəstəkləyici nəzarət mexanizmlərinin yaradılması və s. kimi məsələlər müzakirə olunub.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov UNICEF-lə qarşılıqlı, faydalı əməkdaşlıq əlaqələrinin olduğunu, bu əməkdaşlıq çərçivəsində yenidoğulmuşların, uşaqların və yeniyetmələrin sağlamlığı üçün tibbi xidmətin universal əhatə olunmasına və əlçatanlığına xüsusi diqqət yetirildiyini bildirib. O, bunun üçün ilkin səhiyyə xidmətlərinin gücləndirilməsinin vacibliyini qeyd edib.
V.Qurbanov eyni zamanda birgə əməkdaşlıq çərçivəsində ölkə üzrə səhiyyə müəssisələrinin və doğum şöbələrinin keyfiyyət standartlarının işlənib hazırlanması çərçivəsində “Körpə dostu klinikası” standartlarının tətbiq olunmasını da yüksək qiymətləndirib.
UNICEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Aleks Haykens uşaq sağlamlığı və inkişafı, immunizasiya, psixi sağlamlıq və s. kimi mühüm məsələlər barədə tibbi savadlılığın və məlumatlılığın artırılması istiqamətində əməkdaşlığın faydalı ola biləcəyini qeyd edib.
O, bu istiqamətdə ana və uşaqlara keyfiyyətli qayğının göstərilməsini təmin etmək məqsədilə standartların, təlimatların, metodik vəsaitlərin, standart əməliyyat prosedurlarının, klinik alət və materialların işlənib hazırlanmasının və tətbiq edilməsinin rolundan danışıb.
Görüş zamanı hazırda respublikanın bir sıra bölgələrində uğurla tətbiq edilən “Patronaj xidmətinin universal proqressiv modeli” layihəsinin Qarabağ bölgəsində də tətbiqinə başlanılması UNICEF tərəfindən təklif edilib. Bu təklif TƏBİB tərəfindən yüksək qiymətləndirilib və Zəngilan rayonunun Ağalı kəndinin layihəyə daxil edilməsi ətrafında müzakirələr aparılıb.
Sonda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu arasında Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumu Azərbaycanda davam edən səhiyyə islahatlarının dəstəklənməsi, ana və uşaq sağlamlığı sahəsində xidmətlərin prioritetləşdirilməsi və keyfiyyətinin gücləndirilməsi yolu ilə ölkədə bütün uşaqlar və analar, xüsusilə də ən həssas qruplar üçün sağlamlıq və qidalanma üzrə tədbirlərin əhatə dairəsini genişləndirmək məqsədi daşıyır.
Həkimlərin sertifikasiyası təxirə salınıb – Səhiyyə Nazirliyi
I Qarabağ müharibəsində xəsarət almış 16 679 şəxsə birdəfəlik ödəniş verilib
✔ Bu xəbər sizə maraqlı ola bilər
Limon suyunun inanılmaz faydaları
Son Yazılar
- Exploring the Ultimate Insights into the 2024 Adobe Premiere Pro Crack Options
- Dr. Könül Məmmədova – Həkim – Nevroloq – Almaniya – DÜNYADA BİZ (31.03.2023)
- Anadangəlmə hidronefroz və uşaqlarda sidik yollarının infeksiyaları – UŞAQ SAĞLAMLIĞI (24.03.2023)
- DR.Rəvan Əliyev – Travmatoloq-ortoped – DÜNYADA BİZ (17.03.2023)
Thank you for the auspicious writeup It in fact was a amusement account it Look advanced to more added agreeable from you By the way how could we communicate
Its like you read my mind You appear to know a lot about this like you wrote the book in it or something I think that you could do with some pics to drive the message home a little bit but instead of that this is fantastic blog An excellent read I will certainly be back