Meymunların temperaturunun aşağı salınması üçün kəşf

1025
0
meymunlar haqqinda xeber

Çin tədqiqatçıları makaka meymunlarının beyninə təsir edərək onların bədən temperaturunu aşağı salmağa nail olublar. Bu, gələcəkdə bəşəriyyəti uzun kosmik səyahətlər etmək üsulu ilə təmin edə bilər.

Belə ki, Çinin Şençjen Qabaqcıl Texnologiyalar İnstitutunun tədqiqatçıları meymunlarda süni yolla qış yuxusu yaratmağın mümkün olub-olmadığını yoxlamaq üçün makakalarda hipotalamus sahəsinin preoptik neyronlarını virusa yoluxdurublar. Bu, neyronları xüsusi preparata qarşı həssas edib. Bu preparat makakalara yeridildikdən sonra ayıq vəziyyətdə olan, eləcə də narkoz verilmiş meymunların bədən temperaturu azalıb. Bunu süni qış yuxusuna müvəffəq olma yolunda ilk addım hesab etmək olar.

Qeyd edək ki, işin nəticələri insan orqanizminin süni şəkildə soyuq dinclik vəziyyətinə gətirilməsinə həsr edilmiş tibbi və kosmik tədqiqatlarda cəlbedici perspektivlər açır.

Zeynəb Müzəffərli

✔ Bu xəbər sizə maraqlı ola bilər

Limon suyunun inanılmaz faydaları

Son Yazılar

Şikayət etmək şəkər yaradır

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam