Cinsiyyət hesablanması qaydası

1256
0
Cinsiyyət hesablanması

Doğulacaq uşağın cinsi spermatozoiddən asılıdır. İnsan hüceyrələrinin genomu 46 xromosomdan ibarətdir. Bunlardan axırıncı iki xromosom ( 45 və 46 – cı ) cinsi xromosomdur. Qalan digər 44 xromosom isə somatik xromosomlar adlanır. Cinsi xromosomlar kişidə və qadında fərqlidir. Qadında axırıncı iki xromosom, yəni cinsi xromosomlar XX, kişidə isə XY

Qadın yumurta hüceyrəsində cinsi xromasom X – dır. Kişi cinsi hüceyrəsi olan spermatozoidlərin  50 % – i X, digər 50 % – i Y xromosom daşıyır. X xromosom daşıyanlar ginesperma, Y xromosomlu spermatozoidlər isə androsperma adlanır. Əgər mayalanma prosesində yumurtahüceyrəni Y xromosomlu spermatozoid mayalandırırsa oğlan döl inkişaf edir. X xromosomlu spermatozoid mayalandırırsa qız döl inkişaf edir. Beləliklə də doğulacaq uşağın cinsi asılıdır yumurtahüceyrəni mayalandıran spermatozoidin Y yaxud X xromosomlu olmasından. 

İzlə: Hamiləlik zamanı qanaxmaların səbəbləri nələrdir?

Y spermatozoidlərin elektron mikroskopik öyrənilməsi sübut edib ki, onlar daha yüngül və daha kiçikdirlər. Çünki, onların nüvəsində DNT daha azdır. Ona görə də onlar daha aktivdir və yumurta hüceyrəyə daha tez çatmaq şansları var. Lakin onlar ətraf mühitin faktorlarına qarşı çox həssasdırlar. Onlar qələvi mühiti daha çox sevir, turş mühitə dözümsüzdürlər. Qadın cinsiyyət yollarına düşdükdə adətən 24 – 36 saatdan çox yaşamırlar. Məhz bu xüsusiyyətlərinə görə X və Y spermatozoidləri fraksiyaya ayırıb süni mayalanmada isifadə etmək olur. Belə ki, Y və X xromosomları fraksiyalara ayırmaqla qız və oğlan sifarişləri qəbul oluna bilir.

X spermatozoidlər isə daha böyük və daha ağırdırlar. Bunların nüvə maddəsi daha çoxdur. Daha yavaş hərəkət edirlər. Ətraf mühitin faktorlarına dözümlüdürlər, qadın cinsiyyət yollarına düşdükdə daha uzun müddət  5 – 6 gün yaşayırlar.

Əgər cinsi əlaqə ovulyasiyadan 2 – 4 gün əvvəl olubsa, qız olma şansı böuyükdür. Çünki bu dövrdə qadın cinsiyyət yollarının ph – ı turş olur. Bu mühitə Y xromosomlu spermatozoidlər az dözümlüdürlər, ona görə də tez tələf olurlar. Deməli yumurtahüceyrəni X spermatozoid mayalandıracaq.

Əgər cinsi əlaqə zamanı kişi erkən boşalır və qadın bu hissi yaşamırsa, mühit yenə də turş olur. Bu halda da Y spermatozoidlər tez tələf olurlar. X xromosomlu ginesperma isə bu mühitə dözümlüdür və onun yumurtahüceyrə ilə görüşmə şansı yüksəkdir.

Əgər kişi daima sıx alt paltar geyinirsə, işi həddən artıq isti şəraitdədirsə, siqaret çəkirsə, daha çox bitki mənşəli qidalarla qidalanırsa X – spermatozoidlərin şansı daha çoxdur.

Əgər cinsi əlaqə ovulyasiyadan 12 saat əvvəl və ovulyasiya saatlarında yaxud ovulyasiyada 12 saat sonra olarsa, oğlan olma ehtimalı yüksəkdir. Y spermatozoidlər daha aktiv olduğundan, onlar yumurtahüceyrəyə daha tez çatır və mayalandırır. Həm də ona görə ki, ovulyasiya öncəsi qadın cinsiyyət yollarında ph daha qələvi xarakterli olur. Bu isə Y xromosomlu spermatozoidlərə daha aktiv daha uzun müddət yaşamaq şansı verir.

İzlə: Hamiləlik zamanı qanaxmaların səbəbləri nələrdir?

hamilelikde qanaxmalar

Əgər cinsi əlaqə zamanı cinsi orqanın vaginaya maksimum çox daxil olduğu vəziyyət seçilərsə spermatozoidlər uşaqlığa daha tez çatır. Y spermatozoidlərin daha az yaşamalarını və sürətli olmalarını nəzərə alaraq bu olduqca vacib şərtdir.

Əgər ovulyasiyaya qədərki son 4 – 5 gündə cinsi fasilə olarsa Y spermatozoidlərin konsentrasiyası artır.

Əgər son iki ayda aktiv cinsi həyat yaşayıblarsa ( iki gündə bir dəfə ). Bu halda da hesab edilir ki, eyakulyatda Y spermatozoidlərin konsentrasiyası artır.

Oxu: Hamilə qalmamaq üçün dərman – Araşdırma

✔ Bu xəbər sizə maraqlı ola bilər

Limon suyunun inanılmaz faydaları

Son Yazılar

Şikayət etmək şəkər yaradır

3/5 - (2)

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam