Çində ABŞ-ın “Pfizer” şirkəti tərəfindən COVID-19-un müalicəsi üçün istehsal edilən, tablet şəklində olan dərmanının reseptlə onlayn satışına icazə verilib.
Ölkənin Dövlət Şurası təcili istifadə icazəsi olan COVID-19 dərmanlarının reseptlə internetdə satıla biləcəyini bildirib. Testi müsbət çıxan xəstələrə Pfizer-in COVID-19 dərmanının bir qutusu 2,980 yuana (427 dollar) satılır.
Qeyd edək ki, Çinin Milli Dərman Məhsulları İdarəsi fevralın 12-də “Paxlovid” dərmanının şərti təcili istifadəsinə icazə vermişdi.
“Pfizer” şirkəti virus əleyhinə aktiv maddələr olan “nirmatrelvir” və “ritonavir”in birləşməsindən ibarət dərmanın klinik sınaqlarda koronavirusa yoluxmuş insanlarda ölüm riskini 88 faiz azaltdığını bildirmişdi. Laboratoriya tədqiqatlarında dərmanın COVID-19-un Omicron variantına qarşı da təsirli olduğu müəyyən edilmişdi.
✔ Bu xəbər sizə maraqlı ola bilər
Limon suyunun inanılmaz faydaları
Son Yazılar
- Freespin Veren
- Играть В Покер Онлайн На Покердом
- slot oyunları siteleri
- Sweet Bonanza ücretsiz demo sürümünü oynayın