Çində COVID-19 dərmanının onlayn satışına icazə verilib

928
0
çində derman satisi online

Çində ABŞ-ın “Pfizer” şirkəti tərəfindən COVID-19-un müalicəsi üçün istehsal edilən, tablet şəklində olan dərmanının reseptlə onlayn satışına icazə verilib.

Ölkənin Dövlət Şurası təcili istifadə icazəsi olan COVID-19 dərmanlarının reseptlə internetdə satıla biləcəyini bildirib. Testi müsbət çıxan xəstələrə Pfizer-in COVID-19 dərmanının bir qutusu 2,980 yuana (427 dollar) satılır.

Qeyd edək ki, Çinin Milli Dərman Məhsulları İdarəsi fevralın 12-də “Paxlovid” dərmanının şərti təcili istifadəsinə icazə vermişdi.

“Pfizer” şirkəti virus əleyhinə aktiv maddələr olan “nirmatrelvir” və “ritonavir”in birləşməsindən ibarət dərmanın klinik sınaqlarda koronavirusa yoluxmuş insanlarda ölüm riskini 88 faiz azaltdığını bildirmişdi. Laboratoriya tədqiqatlarında dərmanın COVID-19-un Omicron variantına qarşı da təsirli olduğu müəyyən edilmişdi.

✔ Bu xəbər sizə maraqlı ola bilər

Limon suyunun inanılmaz faydaları

Son Yazılar

Şikayət etmək şəkər yaradır

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam