“Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən tibb müəssisələrinin, təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin ümumilikdə 1487 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edilməsi nəzərdə tutulub. İndiyədək tibb müəssisələri 909 tibbi yardım avtomobili ilə təmin edilib”.
Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB – Tibdə müasir keyfiyyət mərhələsi: real perspektivlər gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bu günlərdə ölkə başçısına təqdim edilən “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobillərinin 37-si sadə diferensiallı, 7-si xüsusi ikidiferensiallı, 20-si reanimobil və 1-i perinatal küvezli olmaqla, ümumilikdə 65 ədəddir:
“Avtomobillər xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərmanlar və tibbi avadanlıqlar ilə təmin edilib. Belə ki, avtomobillərin komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir. Yeni alınmış təcili tibbi yardım avtomobillərinin bölgüsü aparıldıqdan sonra ümumilikdə ölkə üzrə istifadədə olan təcili tibbi yardım avtomobillərinin sayı 974 olacaq”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2020-ci ildən indiyədək 84 ədəd “Fiat Doblo”, 131 ədəd “Mercedes-Benz”, 34 ədəd “Ford Transit” markasına aid olan ümumilikdə 249 təcili tibbi yardım avtomobili satın alınıb. Həmçinin xüsusi ikidiferensiallı (4×4) “Mercedes-Benz Vito” avtomobilləri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir”.
Bu xəbər sizə maraqlı ola bilər
Limon suyunun inanılmaz faydaları
Son Yazılar
- قم بتنزيل 1xbet على جهاز الكمبيوتر ، وكيفية تنزيل تطبيق سطح المكتب على جهاز الكمبيوتر
- برنامج المراهنات الرياضية تحميل التطبيق العميل So 1xbet Com
- 80 tl bonus
- “получат Apk-файл Android и Мобильное Приложение Ios