Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov bu gün axşam saatlarında bıçaqlanıb.
Stv xəbər verir ki, hadisə ilə bağlı 21:45 radələrində təcili tibbi yardıma çağırış daxil olub və həkim briqadası əraziyə yollanıb. B.Cabbarov Yevlax Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilərkən həkimlərin səyinə baxmayaraq, yolda dünyasını dəyişib.Fakt üzrə aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır. B.Cabbarov 10.12.1958-ci ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olub.1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1983-cü ildən etibarən Yevlax rayonunda yerləşən Vərəm Əleyhinə Dispanserdə həkim, 2000-ci ildən həmin müəssisədə baş həkim vəzifəsində fəaliyyət göstərib. 2017-ci ildən bu günədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib.TƏBİB rəhbərliyi və kollektivi adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik!
✔ Bu xəbər sizə maraqlı ola bilər
Limon suyunun inanılmaz faydaları
Son Yazılar
- 1000 Рублей За Регистрацию В Казино Бонус Без Депозита а 2025 Году”
- Gay Adelaide, Australia | The Essential LGBT Travel Guide!
- নিরাপদে Mostbet দিয়ে কিভাবে খেলবো: নতুনদের জন্য টিপস Fanny Iood & Partners
- Find your perfect match on our flirt website dating site