“Bir il bundan qabaq Türkiyədən özüm üçün dərman gətirirdim. Baqajı gözləyəndə gördüm, bir saat gecikmə var. Soruşanda dedilər ki, baqajda dərman var, yoxlanılır. Mən dərman gətirəndə 3 aylıq dərmanlarımı birdən gətirirəm. Mən Səfər Mehdiyevə (Dövlət Gömrük Komitəsinin sabiq sədri-red.) zəng edəndən sonra buraxdılar. Ona görə dərmanların miqdarının müəyyən edilməsi çox vacibdir”.
STV xəbər Faktmedia.az-a istinadən xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişikliklərin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bəzi dərmanları onların dostları xaricdən alıb göndərirlər: “Ramiz Rövşənin oğlu Konyadan mənə dərman alıb göndərib. Bir qutusunu 4 manata. Beş qutusuna 20 manat pul verib. Amma burada, Azərbaycanda dərmanın bir qutusu 27-28 manata satılır. Fərq böyükdür. Mən başa düşürəm, yol xərci, logistika xərcləri var. Amma qiymət fərqi olsun qoy iki dəfə. Amma dərman 7-8 dəfə baha ola bilməz”.
Deputat əlavə edib ki, insanlar ərzağın baha olmasına çox da etiraz etmirlər: “Mən bunu açıq deyirəm. Amma dərman insan sağlamlığı ilə bağlı olan məsələdir. Ona görə dərmanlarla bağlı normalar müəyyənləşdirilməlidir. Bir də baxmaq lazımdır, bəlkə dərman gətirəndə gömrükdə elə hərəkətləri edirlər ki, bu qiymətləri onların üzərinə qoymağa məcburdurlar?!”
Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri:
pdf yüklə
✔ Bu xəbər sizə maraqlı ola bilər
Limon suyunun inanılmaz faydaları
Son Yazılar
- Exploring the Ultimate Insights into the 2024 Adobe Premiere Pro Crack Options
- Dr. Könül Məmmədova – Həkim – Nevroloq – Almaniya – DÜNYADA BİZ (31.03.2023)
- Anadangəlmə hidronefroz və uşaqlarda sidik yollarının infeksiyaları – UŞAQ SAĞLAMLIĞI (24.03.2023)
- DR.Rəvan Əliyev – Travmatoloq-ortoped – DÜNYADA BİZ (17.03.2023)