Bəzi xəstəlik və faktorlar yuxuda qəfil ölüm yaradır. Alimlər bu narahatlıqların nələrdən ibarət olması ehtimalı ilə bağlı araşdırma aparıb.
Araşdırmalar göstərir ki, ürək-damar problemləri olan insanlarda ölüm halı ürək ritminin pozulmasından baş verir. Eləcə də ağciyər arteriyasının trombla tutulmasından baş verən emboliyadan ölüm olur.
“Bəzən insan yuxuda ikən insult olur. Çox bərkdən xoruldayanlarda apnoe, tənəffüsün dayanması baş verir”, – deyə tibb elm adamları bildirir.
Həkimlər məsləhət görürlər ki, belə qəfil ölümdən sığortalanmağın yeganə yolu hər il ümumi çek-apdan keçib, ürək-damarları yoxlatmaq, xoruldamağı müalicə etdirmək, zərərli vərdişlərdən uzaq durmaqdır.
Zeynəb
Yuxu yozmaları barədə mobil tətbiqi yükləyərək yuxularınıza daha yaxşı bələd ola biləcəksiniz
Bundan əlavə, sizlər üçün yuxu yozmaları üzrə yaxşı tanınmış bir saytı da buraya qeyd edirik. Saytda yuxu yozmaları haqqında bütün mövzularda məqalələr tapmaq mümkündür.