Türkiyədə yaşlı əhalinin sayı artıb. Əhalinin yaş strukturunun qiymətləndirilməsində istifadə edilən mühüm göstəricilərdən biri olan orta yaş artıb.
2000-2021-ci illərdə əhali piramidaları tədqiq edildikdə, əhalinin yaş strukturunun doğuş və ölüm nisbətlərinin azalması müşahidə edilib. Bu da vətəndaşların sağlamlıq durumunun yaxşıya doğru irəlilədiyini göstərir.
Bu barədə məlumatları Türkiyə Statistika Təşkilatı açıqlayıb. Məlumatda qeyd edilib ki, illər ərzində əhalinin artım nisbəti azalıb. Orta yaş həddi və yaşlı əhalinin sayında artım müşahidə edilir. Uşaq və gənclərin ümumi sayında geriləmə var.
Yaşı 65 və yuxarı olan əhalinin nisbəti 2021-ci ildə 9,7 faizə yüksəlib.
Savadsızlıq səviyyəsi isə 2,5 faizə düşüb.
Sevinc Hüseynova
✔ Bu xəbər sizə maraqlı ola bilər
Limon suyunun inanılmaz faydaları
Son Yazılar
- American Slots Online Uk
- Playtech Jackpot Slot
- Fatboss Casino Bonus Codes 2024
- United Kingdom Roulette Odds Payout