Yararsız dərmanlar aşkarlandı

Ümumdünya Səhiyyə Təşkilatı Yəmən və Livanda statndartlara uyğun olmayan dərmanlar aşkarlayıb.

saxta dərman xəbərdarligi

Ümumdünya Səhiyyə Təşkilatı Yəmən və Livanda statndartlara uyğun olmayan dərmanlar aşkarlayıb. Aşkarlanan dərmanlar siyahısında “METHOTREXTM 50 mq” da mövcuddur. Sözügedən ölkələrdə dərmanların açılmamış flakonlarına mikrobioloji sınaq keçirilib. Sınaqların nəticəsində bu dərmanların keyfiyyətinin qeyri standart olması və tələblərə cavab verməməsi məlum olub. Təşkilatdan verilən məlumata görə, məhsulların istifadə müddəti keçməyib, amma yararsızdır.

Qeyd edilib ki, “METHOTREXTM 50 mq” yalnız Hindistanda satılmaq üçün nəzərdə tutulub. Həmin dərmanın bu ölkələrə gətirilməsi tənzimlənmiş təchizat zəncirindən kənarda baş verib. Bu dərmanın qeyri-rəsmi yollarla başqa ölkələrə də daşınması ehtimalı böyükdür. Xəstələrə zərər verməmək üçün bu məhsulun dövriyyədən çıxarılması vacibdir. ÜST ölkələrə müraciət edərək bildirib ki, bütün tibbi məhsullar təsdiq edilməli və lisenziyalı təchizatçılardan alınmalıdır.

Sevinc Hüseynova

✔ Bu xəbər sizə maraqlı ola bilər

Limon suyunun inanılmaz faydaları

Son Yazılar

Şikayət etmək şəkər yaradır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *