Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr pandemiyaya hazırlıq və cavab tədbirləri üzrə beynəlxalq müqavilənin ilkin layihəsi üzrə müzakirələrə 2023-cü ilin fevralında başlamaq qərarına gəliblər.
Bu barədə ÜST-ün Cenevrədəki qərargahı bildirib.
Qeyd olunub ki, ÜST ölkələri “dünyanı gələcək pandemiyalardan qorumaq üçün nəzərdə tutulmuş hüquqi qüvvəyə malik sazişin ilk layihəsini hazırlamağa razılaşıblar”.
Bildirilib ki, bu layihə “üzv ölkələr tərəfindən 2023-cü ilin fevralında müzakirə olunacaq”. Bu məsələ ilə bağlı görüş fevralın 27-nə təyin edilib.