Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) direktor təyin edilib.
Səhiyyə Nazirliyindən STV-yə verilən xəbərə görə, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Şahin Bəylər oğlu Əkbərov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktor vəzifəsinə təyin olunub.
Səhiyyə nazirinin digər əmri ilə Kamil Elşad oğlu Eyvazov Elmi-Tədqiqat İnstitutunun direktorun müavini – baş həkim, Rüstəm Rəşidoviç Talışinski isə direktorun elmi işlər üzrə müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, ötən gün bir sıra saytlar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru vəzifəsinə tibb üzrə fəlsəfə doktoru Fərhad Verdiyevin təyin olunduğunu tirajlayıb.
✔ Bu xəbər sizə maraqlı ola bilər
Limon suyunun inanılmaz faydaları
Son Yazılar
- Site de Rencontre Femme Trans : Trouvez Un Partenaire Parfait
- Buscar pareja en internet: Encuentra el romance en línea
- 宮城でゲイの出会いを見つける方法を学ぼう
- Mollige Frauen Date: Finde deinen Traumpartner