“Azərbaycana bir zamanlar dərmanların gətirilməsi çətin idi. Bu sahədə işləyənləri əsl fədakarlar adlandırmaq olar”.

Bunu Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyev SƏHİYYƏ TV-də yayımlanan “Sağlam Səhər” verilişində əczaçılıq tarixindən və əczaçılığın keçdiyi inkişaf mərhələlərindən danışan zaman deyib.

Azər Xudiyev qeyd edib ki, o vaxtlar əczaçı haqqında cəmiyyət çox müsbət fikrə sahib idi:

“1988-1990-ci illərə qədər bu tendensiya davam etdi. Buna səbəb çətin zamanlarda dərmanların tapılması idi. Əlaltından çıxarılıb dərman vermək yox idi. İkinci mərhələ isə 1990-ci illərdə başladı. Bu yeni bir era idi. Hər bir sahə özəlləşməyə başladı. Bugünkü sahibkar əczaçılar o dövrün əziyyətini görənlərdi. Çətin dövrlərdə müxtəlif üsullarla dərman gətirilirdi. Bunun özü də çox böyük əmək tələb edir. Həm də bunu böyük fədakarlıq adlandırmaq olar”.

5/5 - (1)

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam