Qiymətlər rəqabət əsasında müəyyənləşdirilir. Lakin bir sıra digər ölkələrin təcrübəsi nəzərə alınaraq, Azərbaycan da dərmanların vahid qiymətinə keçməklə əlaqədar addımlar atıb. Səhiyyə Nazirliyi, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən lazım olan sənədlər paketi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.