TƏBİB-in Qarabağda fəaliyyəti

Şuşa Modul Tipli Xəstəxanasında Təcili tibbi yardım, Poliklinika, Laboratoriya, Funksional diaqnostika, Anesteziologiya-reanimasiya şöbələri fəaliyyətdədir.

təbib qarabag fəliyyəti

TƏBİB işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyətini davam etdirir. 

STV xəbər TƏBİB-ə istinadla xəbər verir ki, bu müəssisələrə aşağıdakılar daxildir:

Şuşa Modul Tipli Xəstəxana:

şuşada xəstəxana səhiyyə tv təbib
Şuşa xəstəxanası

Şuşa Modul Tipli Xəstəxanasında Təcili tibbi yardım, Poliklinika, Laboratoriya, Funksional diaqnostika, Anesteziologiya-reanimasiya şöbələri fəaliyyətdədir.

Xəstəxanada TƏBİB-in Nərimanov Tibb Mərkəzinin işçi heyəti xidmət göstərir. Tibb personalının tərkibinə travmatoloq, ümumi cərrah, kardioloq, revmatoloq, anestezioloq-reanimatoloq, funksional diaqnostika həkimi, orta və kiçik tibb işçiləri, eləcə də qeyri-tibb işçiləri daxildir.

Hazırda Şuşa Modul Tipli Xəstəxana 6 palatadan və 9 çarpayı yerindən ibarətdir.

Mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunan xəstəxana həm ambulator, həm də stasionar tibbi xidmət göstərir.

Ağalı Ailə Sağlamlıq Mərkəzi:

Ağalı Ailə Sağlamlıq Mərkəzi Zəngilan
Ağalı Ailə Sağlamlıq Mərkəzi

Zəngilanın Ağalı kəndində Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyət göstərir. ASM-də tele-tibb sisteminin vasitəsilə xəstənin qanında arterial təzyiq, oksigen təchizatı, triqleserin və şəkər ölçülür, ürək ritmi, dəri örtüyü və göz bəbəyinin görüntüsü əldə edilir. Cihazlardan toplanan məlumatlar xüsusi planşetlə platformaya ötürülür, ürək, ağciyər, böyrək, dalaq, lor (qulaq, burun, boğaz), dermatoloji xəstəliklərin, həmçinin qalxanabənzər və mədəaltı vəzin müayinəsində istifadə edilir.

Cəbrayıl Ailə Sağlamlıq Mərkəzi:

Cəbrayıl Ailə Sağlamlıq Mərkəzi
Cəbrayıl Ailə Sağlamlıq Mərkəzi

Cəbrayıl şəhərində yerləşən ASM 6 otaqdan ibarətdir. Tibb müəssisəsində Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasından ezam olunan 16 nəfər (tibb və qeyri-tibb) növbəlilik əsasında xidmət göstərir. Hər növbədə həkim, tibb bacısı, sürücü və xadimə 24 saat fasiləsiz vətəndaşların xidmətində olur.

Hadrut Ailə Sağlamlıq Mərkəzi:

Hadrut Ailə Sağlamlıq Mərkəzi-tebib
Hadrut Ailə Sağlamlıq Mərkəzi

Mərkəz 6 otaqdan ibarətdir. Tibb müəssisəsində Beyləqan Rayon Mərkəzi Xəstəxanasından ezam olunan təcili tibbi yardım briqadası, həkim, orta tibb işçisi və kiçik tibb işçisi olmaqla 12 personal xidmət göstərir.

Qeyd edək ki, vətəndaşlara icbari tibbi sığorta çərçivəsində xidmət göstərilir.

✔ Bu xəbər sizə maraqlı ola bilər

Limon suyunun inanılmaz faydaları

Son Yazılar

Şikayət etmək şəkər yaradır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 thoughts on “TƏBİB-in Qarabağda fəaliyyəti

  1. Howdy! Do you know if they make any plugins to help with
    SEO? I’m trying to get my site to rank for some targeted keywords but I’m not seeing very good success.

    If you know of any please share. Kudos! I saw similar blog
    here: Your destiny

  2. I’m really inspired together with your writing skills and also with the layout to your weblog. Is this a paid subject matter or did you modify it yourself? Anyway keep up the excellent high quality writing, it’s uncommon to see a great weblog like this one today. I like sehiyyetv.az ! It is my: Youtube Algorithm

  3. I’m extremely inspired along with your writing abilities as smartly as with the structure in your blog. Is this a paid subject or did you modify it your self? Either way stay up the excellent quality writing, it is uncommon to see a nice blog like this one today. I like sehiyyetv.az ! It is my: Stan Store