Başqırdıstanın Serafimova qəsəbəsində insanlar arasında bu vaxta qədər rast gəlinməyən siçan qızdırması aşkarlanıb.
Bu barədə bölgənin yerli federal xidməti məlumat yayıb.
Məlumata görə, noyabrın əvvəlindən 14 nəfərə ilkin diaqnoz qoyulub. Yoluxanlar arasında uşaqlar da var.
“Hazırda epidemioloji araşdırma aparılır, Başqırdıstan hökuməti tərəfindən epidemiya əleyhinə tədbirlər görülür, məktəblər, təhsil müəssisələrində nəzarət gücləndirilib. Yoluxanlar ailəlikcə təcrid olunub”, – deyə federal xidmətdən bildirilib.
Qeyd edək ki, ölümcül olan siçan qızdırması böyrək sindromlu hemorragik xəstəlikdir. Böyrəkləri, qan damarlarını və sinir sistemini təsir edən ağır infeksiyadır. Xəstəliyin daşıyıcıları yalnız gəmirici heyvanlardır, insandan-insana keçmir.