Səhiyyə TV ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Aztibb.az-ın xəbərinə görə, sənədi Səhiyyə TV-nin rəhbəri Azər Xudiyev və Assosiasiyanın sədri Ayaz Hüseynov imzalayıblar.
Memoranduma əsasən Səhiyyə TV Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası ilə birgə müxtəlif diaqnozlarla olan qanın laxtalanma pozğunluğuna dair maarifləndirici verilişlər, müsahibələr hazırlayacaq, o cümlədən Assosiasiyanın fəaliyyətini geniş işıqlandıracaq.