Xoşbəxt münasibət qurmaq üçün düzgün insan seçməlisiniz. Bəzi kişilər sizi xoşbəxt etmək üçün əllərindən gələni edirlər. Amma elə kişilər var ki, onlarla ömür keçməz.
Bakupost.az uzaq durmalı olduğunuz kişi tipləri ilə bağlı məlumatları təqdim edir.
Hər bir qadın xoşbəxt, dinc və ehtiraslı bir münasibət istəyir. Ancaq bəzən yaşadığımız sevgi bizə əziyyət verir. Üzülməmək və peşman olmamaq üçün bu cür kişilərdən uzaq durmalısınız:
Eqoist tiplər
Yalnız özünü düşünən və sizə qayğı göstərməyən bir kişi ilə birlikdəsinizsə, münasibətinizdə xoşbəxtlik tapmaq qeyri-mümkündür. Əgər o, dünyanın ən yaxşı insanı olduğunu söyləyir və ya özünü hamıdan üstün hesab edirsə, bu adamla münasibətinizi yenidən nəzərdən keçirin.
Yalan söyləyənlər
Etibar edə bilmədiyiniz zaman, bu, emosional olaraq sizi yorur. Yalan danışan bir adamla bərabər olmaq etibarınızın sarsılmasına səbəb ola bilər. Belə kişilər vədlərinə əməl etmirlər.
Hər şeyə səthi yanaşanlar
Birini bəyəndiyiniz zaman onunla növbəti səviyyəyə keçmək istəyirsiniz. Ancaq bəzi kişilər gələcək haqqında danışmağı sevmirlər. Bu, onların münasibətdə ciddi olmadığını və vəziyyəti səthi saxlamağa çalışdığını göstərir. Bu cür biri ilə vaxt itirməyə dəyməz.
Yalnız istədiyi zaman sizi axtaranlar
Hər zaman sevdiyiniz insanla görüşmək və onunla birlikdə olmaq istəyirsiniz. Ancaq bəzi kişilər yalnız istədikləri zaman görüşməyə üstünlük verirlər. İstədiyi və ya canı sıxıldığı zaman ünsiyyət quran kişi üçün heç vaxt önəmli ola bilməyəcəksiz. Belələri ilə sağlam münasibət qurmaq mümkün deyil.
Nəzarətçi
Sizə nə geyinəcəyinizi, nə edəcəyinizi, hər hansı bir yerdə nə danışacağınızı söyləyən bir insan həyatınızı yönləndirməyə çalışacaq. Yavaş-yavaş bu münasibət dözülməz həddə çatacaq. Sizi manipulyasiya etməyi sevən, qısqanc, şübhəli kişilər etibarsızdırlar. Ən yaxşısı vaxtında onlardan uzaqlaşmaqdır.