Orqan nəqli dəri xərçənginə yol aça bilər. ABŞ-ın Con Hopkins Universitetinin alimləri ölkədə 1987-2010-cu illər arası orqan nəqli edilən 14 min xəstənin sağlamlıq məlumatlarını araşdırıblar.
Araşdırma zamanı orqan nəqli edilən xəstələrin dəri xərçənginə tutulma riskinin 2, ölüm riskinin isə 3 dəfə artıq olduğu ortaya çıxıb. Alimlərin hesab edir ki, nəqldən sonra verilən dərmanlar nəticəsində xəstə günəşin zərərli təsirlərinə daha çox məruz qalır.
Alimlər orqan nəqli edilənlərin günəş kremindən istifadə, eləcə də tez-tez həkim müayinəsindən keçməsini məsləhət görürlər.
Sevinc