Kişilərdə sperma sayı 2 dəfə azalıb

Kişi cinsiyyət hüceyrəsi olan sperma bədən tərəfindən istehsal olunur. Yetkinlik dövründən başlayan sperma istehsalı, qocalığa qədər davam edir. Kişilərdə andropauzadan (40 yaşdan) sonra istənilən cinsi hormonun azalıb-artması onların psixi sferasında çox ciddi dəyişikliklərə gətirib çıxarır:
📌 Testosteronun azalmağa doğru getməyi həyat eşqini, yaşamağa meyl və marağı azaldır;
📌 Hədəflərinə, məqsədlərinə çatmaqdan imtina etməyə başlayırlar;
📌 Depressiv və melanxolik əhval-ruhiyyədə olurlar, çoxlu sayda kompleksləri yaranır, müxtəlif əməliyyatlara üz tuturlar;
📌 Öz görüşlərində bunları iradəsizlik, zəiflik və tənbəllik kimi qiymətləndirirlər.
Bütün bunlar sizin özünü aldatma cəhdinizdən başqa bir şey deyil. Problem sizin fiziki parametrlərinizdə yox, sizin düşüncənizdədir.

sad man

Son 50 il ərzində kişilərdə sperma sayı iki dəfəyə qədər azalıb. Bununla bağlı müxtəlif tədqiqatlar aparılıb. Son tədqiqatda dünyanın 53 ölkəsindən 57 000-dən çox kişidən sperma nümunələri götürülüb. Məlum olub ki, son 50 ildə sperma sayı kritik həddə aşağı düşüb.

Tədqiqatçılar sperma sayının azalmasının mayalanma prosesinə mühim təsir etdiyini bildirirlər. Bu da vaxt keçdikcə cütlüklərin uşaq sahib olmasını çətinləşdirəcək. Mütəxəssislərin fikrincə, zamanla uşaq sahibi olmaq üçün tibbi müdaxilə, süni mayalandırma zərurət olacaq.

Qüds İvrit Universitetinin alimi Haqai Levinenin sözlərinə görə, bu problem qlobal istiləşmə qədər təhlükəlidir. Sperma sayının azalmasını araşdırmaçılar ətraf mühit, həyat tərzi, kimyəvi maddələrin hormonlara təsiri ilə əlaqələndirirlər. 

Sevinc Hüseynova

Bu Video sizə daha maraqlı ola bilər

Uşaqlarda cinsi inkişaf necə gedir – Medical Meida Live

usaqlarda cinsi inkisaf

✔ Bu xəbər sizə maraqlı ola bilər

Limon suyunun inanılmaz faydaları

Son Yazılar

Şikayət etmək şəkər yaradır

Kişilər neçə yaşında klimaks keçirir?

https://www.youtube.com/watch?v=_B0cBH80wcU
klimaks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *