İranın Xorasan vilayətinin Quçan şəhərində 40 şagird dəm qazından zəhərlənib. Onlardan 15-nin vəziyyəti ağırdır.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, İran hökumətinin səriştəsiz siyasəti nəticəsində qışın şaxtalı günlərində təhsil ocaqları uşaqların sağlamlığına təhlükə törədəcək vasitələrlə isidilir.
O da vurğulanır ki, Quçanda baş verən bu hadisə ölkənin müxtəlif yaşayış bölgələrində hər il davamlı olaraq meydana gəlir.