İnsult təxirəsalınmaz təcili vəziyyətdir – Nevroloq

1161
0
visual illustration of head

İnsult baş-beyin qan dövranının kəskin pozulması səbəbindən yaranan beyin funksiyalarının pozuntusudur. Xəstəliyin iki növü var: işemik və hemorragik insult. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, insult dünyada ölüm səbəbləri sırasında ikinci-üçüncü yerdədir.

SƏHİYYƏ TV xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin “Instagram” səhifəsində canlı yayımda olan “Bakı” Sağlamlıq Mərkəzinin İnsult və invaziv nevrologiya bölümünün rəhbəri, nazirliyin mütəxəssis-eksperti, nevroloq Pərvin Allahyarova məlumat verib.

P.Allahyarova bildirib ki, ÜST-nin məlumatına görə, insult əlilliyin səbəbləri sırasında birinci sıradadır: “Deyə bilərik ki, insult təxirəsalınmaz təcili bir vəziyyətdir, nəticələri ağırdır. Onun nəticəsi ya əlillik, ya da ölümdür. Kəskin insult kəskin miokard infarktı qədər təcili patologiyadır. Hər ikisində vaxt itirmək olmaz”.

Xəstəliyin əlamətləri haqqında məlumat verən mütəxəssis-ekspert deyib: “İnsultun əlamətləri qəflətən nitq pozuntusu, pasiyentin üzündə asimmetriyanın yaranması, bir və ya bir neçə ətrafda zəiflik, müvazinətin və ya yerişin, huşun pozulmasıdır. Kəskin insult zamanı isə qəflətən yaranan başağrıları, ürəkbulanma, qusma, başgicəllənmə görmənin pozulması kimi simptomlar müşahidə olunur”.

P.Allahyarova insult xəstələrinin pnevmoniyaya meyilli olduqlarını da diqqətə çatdırıb.

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam