İNSULİNİN QİYMƏTİ KƏSKİN AZALACAQ

Kaliforniyada daha ucuz insulin istehsalı üçün layihə hazırlanıb. Hökümət insulin istehsalı üçün 100 milyon dollar ayırıb.

insulin drug

Kaliforniyada daha ucuz insulin istehsalı üçün layihə hazırlanıb. Hökümət insulin istehsalı üçün 100 milyon dollar ayırıb.

İnsulinin 2024-cü ildə istifadəyə verilməsi planlaşdırılıb. Bununla da Kaliforniya ABŞ-da sakinləri üçün insulin istehsal edən ilk ştat olacaq.

Amerika Diabet Dərnəyinin məlumatına görə, Kaliforniyada 3 milyondan çox insana şəkərli diabet diaqnozu qoyulub. Hələ minlərlə insanın da xəstəliyə tutulma ehtimalı var. Qeyd edək ki, mart ayında insulinin ümumi versiyalarının bir flakonu 30 dollar dəyərində qiymətləndirilib. Sözügedən layihə ilə 5 flakondan ibarət insulin 55 dollara olacaq. Bununla da insulinə ehtiyacı olan insanlar üçün dərman daha əlçatan olacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *