Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirilib  

Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirilib

müalicə müəssisəsi

Müdafiə Nazirliyinin həbsdə olan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun səhhəti pisləşib və o,müalicə müəssisəsinə yerləşdirilib.

Bu barədə “Report”a onun vəkili Rəşad Mirmehdizadə məlumat verib.

O bildirib ki, N.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

Vəkilin sözlərinə görə, general-mayorun ürəyində problem yaranıb və hazırda həkim nəzarətindədir.

R.Mirmehdizadə deyib ki, hazırda cinayət işi üzrə ibtidai istintaqın davam edir, iş üzrə dövlətə dəymiş ziyanın əksər hissəsi ödənilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor N.Məmmədov DTX tərəfindən saxlanılıb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

N.Məmmədov xüsusi ilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

oxu: Süni mayalanma ilə doğulan uşaqların atası kimdi? – VİDEO

Bu ölkə koronavirusdan qurtula bilmir

Hər iki nəfərdən biri boşanır? – SƏBƏB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *