Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi Kraken subvariantının risk səviyyəsinin aşağı olduğunu açıqlayıb.
Avropa Birliyinin Səhiyyə agentliyi Omicronun “Kraken” adlı XBB.1.5 alt variantı üçün risk qiymətləndirməsini dərc edib.
Buna baxmayaraq mütəxəssislər bildirir ki, bu alt variantın yaratdığı riskin yaşlılar, peyvənd olunmamış və immuniteti zəif olanlar üçün “orta və yüksək” olduğunu qeyd edib.
XBB.1.5 variantının 1-2 ay ərzində Avropada dominant olacağına dair proqnozu da paylaşılıb. 2022-ci ilin son iki həftəsində Avropada koronaviruslar arasında bu variantın nisbətinin 2,5 faiz olduğu, ABŞ-dakı mövcud variantlardan 12 faiz daha sürətli yayıldığı bildirilib.
Qeyd edək ki, XBB.1.5 subvariantı ilk dəfə 2022-ci ilin oktyabrında ABŞ-da aşkar edilib.
Zeynəb Müzəffərli