Çin hökuməti ölkə daxilində koronavirusun yayılmasına nəzarət etmək üçün qabaqlayıcı tədbirləri və sosial məhdudiyyətləri yüngülləşdirib.
Bu barədə Çinin Gigiyena və Sağlamlıq üzrə Milli Komitəsinin saytında dərc edilmiş COVID-19 ilə mübarizə tədbirlərinin optimallaşdırılmasına dair sənəddə qeyd edilir.
Sənədə əsasən, yüksək risk zonaları indi ərazi-inzibati vahidlər üzrə deyil, “binalar, mənzillər, mərtəbələr və təsərrüfatlar üzrə” tətbiq edilir.
Bundan əlavə, xəstəliyi asimptomatik və yüngül keçirənlər evdə özlərini təcrid edə və könüllü olaraq mərkəzləşdirilmiş karantin düşərgəsində qala bilərlər.