Məişətdə işlədilən batareyaları zibil qabına atmaq olmaz.
Avropa və digər ölkələrdə batareyalar təhvilalma məntəqələrində əhalidən alınır və zərərsizləşdirilir. Zibilliyə atılan bu batareyalar düşdüyü ərazini zəhərləyir. Ağır metallar, duzlar, civə, kanserogen maddələrlə dolu olan batareyalar azı 10 il insal həyatı üçün təhlükəlidir. İşlənmiş batareyanın tərkibində kadmiy, maqniy, civə, nikel, qurğuşun da var. İşlənmiş batareyalar dəri xəstəlikləri, bronxit, civə ilə zəhərlənmə, beyin xəstəlikləri, sinir zədələnmələri, böyrək və sümük xəstəlikləri, anomaliyalar, xərçəng və s. yaradır. Batareyalardakı zərərli maddələr oğlan və qız uşaqlarının bədənində toplanaraq onlarda hormonal pozuntu, sonsuzluq yaradır. Eləcə də ana bətnində dölün qüsurlu olmasına səbəb olur.
Mütəxəssislər bildirir ki, məişətdə istifadə olunan irili-xırdalı batareyalar bankaya qoyularaq, xüsusi məntəqəyə təhvil verilməlidir.
Sevinc