Bu gün Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının toplantısı keçirilib.
STV xəbər verir ki, toplantıda Assosiasiyanın üzvləri, iş adamları, millət vəkili Müşfiq Məmmədli və Vüqar Bayramov iştirak edib. Millət vəkilləri Assosiasiya tərəfindən irəli sürülən təşəbbüsü müsbət qarşılayıblar.
Toplantı çərçivəsində Azərbaycan əczaçılığını inkişaf etdirmək və vətəndaşların problemlərini həll etmək istiqamətində problemlər səsləndirilib. Əlavə olaraq dərman qıtlığı və qiymət bahalığı kimi problemlərin əsl səbəbi istiqamətində müzakirələr aparılıb. Deputatlar tərəfindən Milli Məclisdə səhiyyə və iqtisadiyyat komitəsinin dəstəyi ilə məsələlərə baxılması üçün müraciətlər olunacağı bildirilib.
Qeyd edilib ki, bu görüşün davamlı olaraq istər qanunvericilik, istərsə də icraedici orqanlar ilə müzakirəsi gələcəkdə Azərbaycan əczaçılıq sahəsinndə yeni qanunların qəbul edilməsinə və icrasına təşviq olacaq.