2030-cu ildə xərçəng xəstələrinin sayı dörd dəfə artacaq.
Bu barədə Türkiyə Cərrahiyyə Dərnəyinin prezidenti professor Ahmet Serdar Karaca danışıb.
Onun sözlərinə görə, xərçəngdə erkən diaqnoz, skrininq və müalicə üsullarında irəliləyiş olmasa, qarşıdakı illərdə xəstələrin sayı arta bilər.
Bütün dünyada onkoloji xəstəliklərin artdığını deyən professor bildirib ki, 2007-2010-cu illərddə Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə ölümlərdə ürək-damar xəstəlikləri ilk sırada idi.
Statistikaya əsasən demək olar ki, 2030-cu ilə xərçəng xəstələri dörd dəfə artacaq. Odur ki, bu gün xərçəng xəstəliyinə qarşı tədbir görülməlidir.
Xərçəng yaxın 10 ildə həyatımızda böyük problemlərə yol aça bilər.
Sevinc Hüseynova