YENİ VİRUS: quş əti kor edir

720
0
kor

ABŞ-də qonur ayılarda (“qrizli”) ilk dəfə quş qripinə yoluxma halları müəyyən edilib. İlkin məlumatlara görə, artıq 37 yırtıcıda virus aşkar edilib.

Bu barədə “Montana Fish, Wildlife and Parks” mərkəzi xəbər yayıb.

Heyvanların xəstə quşla qidalandıqdan sonra yoluxmuş ola biləcəkləri düşünülür.

Məlumata görə, ayılarda səmtin itirilməsi və qismən korluq yaranıb. Xəstəlik səbəbindən heyvanları məcburən iynə vuraraq öldürüblər.

Qeyd edilir ki, ABŞ-də quş qripi epidemiyası artıq bir ilə yaxındır davam edir. İndiyə qədər xəstəlik tülkü, yenot, çəmənlik canavarı (“koyot”) və qara ayılarda qeydə alınmışdı. Bu yırtıcıların da yoluxmuş ördək və qazları yedikləri ehtimal edilir.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, epidemiya 47 ştatda 58 milyona yaxın ev quşunun ölümünə səbəb olub. Belə ki, Kolorado səlahiyyətliləri yumurtlayan toyuqların 90%-nin öldüyünü açıqlayıb.

Mənbə: fwp.mt.gov

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam