Türkəçarə ilə qanxərçəngi müalicə olunmaz

xesteliyin tebii yolla mualicesi turkecare

“Hansısa bir problem varsa, onu türkəçarə eləmək lazım deyil, həkimə müarciət emtək lazımdır”.

Bunu MedicaMedia.az-a açıqlamasında Leykemiya ilə Mübarizə İctimai Birliyinin sədri Mehriban Bağırova deyib.

“İstəyərdim ki, həkimlərlə işlər çox görülsün. Çünki çox vaxt həkimə aparırlar, həkimlər düzgün müalicə eləmir. Şəxsən mən xəstə olanda bir iki ay  mənə düzgün müalicə eləmirlər. Ayaqlarından müalicə edirdilər, uşaqlarıda belə edirlər. Çox vaxt uşaqları düzgün müalicə etməyən də əllbətdəki sağala bilmir. Qidalanmaya diqqət etsinlər, fast-food qidalardı bunları yeməsinlər. Arada bu qidanı yemək olar, amma hər dəfə yox. Xüsusəndə leykozlu xəstələrə olmaz”,-deyə o qeyd edib.