Qışda günəş şüasının azalması, qalın və qapalı geyimlərdən istifadə edilməsi D vitamini çatışmazlığl yarada bilər. Xüsusilə qış aylarında hamilə qadınlarda bunu müşahidə etmək olar.
Orqanizmin özbaşına istehsal edə bilmədiyi D vitamini çatışmazlığı artdıqca hüceyrələrin regenerasiyası azalır.
Qışda D vitamini çatışmazlığını aradan qaldırmaq üçün təbii vasitələr mövcuddur. Bu qidalardan ən effektivi yumurtadır.
Yumurta sarısı həm yüksək allergik risk, həm də faydalı qidadır. Müntəzəm olaraq istehlak edilən qaynadılmış yumurta orqanizmin D vitamini ehtiyacını ödəyir. Gələcək analar mütləq allergik risklərinə baxıb bu qidadan istifadə etməlidirlər.
Balıq yağı da D vitamini ilə zəngindir. həm analar, həm də körpələr üçün faydalıdır. İnkişaf üçün əvəzolunmaz qida maddələrindən hesab edilir. Balıq yağını kapsul şəklində də qəbul etmək mümkündür.
Sevinc Hüseynova