Qazlı içkilər kişilərə mənfi təsir edir? 

462
qazli ickilerin zererleri

Qazlı içkilər kişilərdə testosteron səviyyəsini artırır. Bununla bağlı Minzu Universitetinin alimləri araşdırma aparıblar.  Çinli tədqiqatçıların həyata keçirdiyi araşdırma zamanı məlum olub ki, qazlı içkilər kişilərdə reproduktiv sistemə təsir göstərir. 


Tədqiqat laboratoriyada 30  siçan üzərində həyata keçirilib. Siçanları iki qrupa ayrırıblar. 15 siçana yalnız qazlı içki verilib. Digər 15-inə isə su ilə qarışdırılmış qazlı içkilər içirdilib. 15 günlük təqdiqat müddətində bu proses davam etdirilib. Tədqiqatın nəticəsi göstərib ki, qazlı içki istehlak edən siçanlarda testosteron səviyyəsi digərlərinə nisbətən əhəmiyyətli dərəcədə yüksəlib. 
Qeyd edək ki, 2010-cu ildə danimarkalı tədqiqatçıların apardığı araşdırma göstərib ki, qazlı içki istehlak edən kişilərdə sperma sayı azalır.   Amma bu tədiqatda çinli alimlər bunun əksini sübut ediklərini açıqlayıblar. 

Sevinc Hüseynova

Söhbətə başla
Bizə yazın
Salam