İnsan sümüklərini satır: maraqlı hobbi

1146
0
sumuk

ABŞ-ın Nyu-York şəhərindən yaşayan insan sümükləri satıcısı daimi müştərilərdən və işin xüsusiyyətlərindən danışıb.

22 yaşlı Con Ferri 18 yaşına kimi Taylandda yaşayıb. Məhz orada – atası ona siçan skeleti hədiyyə edəndən sonra sümüklər və kəllələr həyatının əsas məşğuliyyətinə çevrilib. Qeyri-adi hədiyyə o zaman 13 yaşlı Ferrini nəinki qorxutmayıb, həm də sonradan işə çevrilən hobbisini tapmağa kömək edib.

Sonradan o, bir neçə dükandan, tibb universitetlərindən və laboratoriyalardan  topladığı sümüklərlə “JonsBones” adlı şirkət açır.  Ferri səkkiz işçi götürür və sosial şəbəkələrdə yarım milyon izləyici toplayır.

“JonsBones”un əsas alıcıları tibb məktəbləri və axtarış-xilasetmə əməliyyatları aparan təşkilatlardır .

Ferrinin sözlərinə görə, gələcəkdə o, ticarəti dayandırmağı və sümüklərlə maraqlanan hər kəs üçün suvenir mağazası olan muzey açmağı planlaşdırır.

Zeynəb Müzəffərli

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam