“Həmin gecə xilas edə bilmədiyimiz xəstələr oldu” – QANLI XATİRƏ

633
0
cərrah Aydın Əlizadə

“Həmin dövrdə xəstəxanada 16 əməliyyat stolu var idi. Həmçinin qəbul şöbəsi, sarğı otaqları da yaralıları qəbul edirdi. Qəfil işıq kəsildi. Biz xəstəxananın həyətində olan yük maşınlarının işığı ilə xəstələrə yardım etdik”.

STV xəbər verir ki, bu sözləri 20 Yanvar faciəsi zamanı fədakarlıq göstərmiş həkim-cərrah Aydın Əlizadə deyib.

Həkim o günü belə xatırlayıb:

“Lift işləmirdi, xəstələri yuxarı şöbələrə xərəklə yerləşdirirdik. Həkimlərin sayına baxmayaraq gətirilən xəstələrdən ölənlər oldu. Onlara açılan güllələr xüsisi güllələr idi. Əsasən qarın boşluğundan yaralanmalar olurdu. Xəstəxanaya gətirilənlər arasında kişilər daha çox idi. Yaralananlardan birinin qardaşı artıq bizə gətiriləndə ölmüşdü. Amma o gedib qardaşına baxıb dedi ki, o nəfəs alır. Onun öldüyünə inanmaq istəmirdi”.

Şahnun Qasımova

Bu Video sizə daha maraqlı ola bilər

Yayılmış Dəri Xəstəliyi Kəmərləyici dəmrov ! – Tam Müalicə Olunurmu? – Can Güdən

5/5 - (1)

Fikir bildirin

E-poçt ünvanınız yayımlanmayacaq. Required fields are marked *

Söhbətə başla
Bizə yazın
Salam