Hamilə Qadınlar Üçün Hamiləlik Haqqında Hərşey Bir Məqalədə

Hamilə Qalmaq üçün Müalicə Üsulları

Hamiləlik həftəsinin hesablanması

Səhiyyə TV Media və İnformasiya Portalı olaraq səhiyyə və tibbi mövzularda illər boyu hazırladığımız bir çox faydalı verilişlərimizdən hamiləlik mövzusunda olan seçilmiş videoları bir məqalədə sizlərə təqdim edirik.

Hamiləlik həftəsinin hesablanması

Hamilə qalmağın ən asan üsullarından biri təqvim metodudur. Bu metodla təbii yolla hamilə qalmaq şansı çoxdur. Ortalama bir menstruasiya döngüsünün 28 gün davam etdiyini nəzərə alsaq, menstruasiya ilk günü 1-ci gün olaraq qəbul edilir və 1 ilə 10-cu günlər arasında hamilə qalma şansı azdır.

14 və 15-ci günlər ovulyasiya günlərinə uyğun gəlir. Buna görə qadın bətnində yaşayan sperma hüceyrələrinin müddətini nəzərə alaraq, aybaşı dövrünün 11-ci və 18-ci günləri arasındakı dövr hamilə qalma şansının yüksək olduğu dövr olaraq ifadə edilir.

Yenə 19-28 gün arasındakı dövrdə hamilə qalma şansının az olduğu bir dövrdür. Bu üsul düzənli adət dövrləri olan qadınlar üçün çox uyğundur. Ancaq hamiləlikdən qorunmaq üçün bu metod uyğun deyil. Xatırlamaq lazımdır ki, menstruasiya davam etdiyi günlər də daxil olmaqla qadınların hamilə qalması üçün hər zaman bir şans var.

https://youtu.be/sY-XpKJKOTQ

Hamilə Qalmaq üçün Müalicə Üsulları

Uşaq sahibi olmaq istəyən bütün cütlüklərin həm kişilər, həm də qadınlar üçün zəruri olan ginekoloji və uroloji müayinələrdən keçmələri və ümumi nəzarətdən keçmələri tövsiyə olunur. Xüsusilə planlaşdırılan hamiləliklərdə bir neçə ay əvvəl fol turşusu və B12 kimi vitaminlərin dəstəklərinə başlanılması, hamiləliyin ilk trimesterində vitamin çatışmazlığı səbəbiylə sinir tüp qüsuru kimi xəstəliklərin qarşısının alınmasında böyük əhəmiyyət daşıyır.

Üstünlük verilən müalicə üsullarından biri də ovulyasiya təşviq edən dərman tətbiqi, aşılama və ya hər hansı bir IVF müalicəsi ola bilər. Cütlük və əsas problemlər üzərində ediləcək detallı müayinələr nəticəsində həkim hansı müalicə metodunun tətbiq olunacağına qərar verəcəkdir.

https://youtu.be/2bv56Dj5NtA

Hamilə Qalmaq üçün Asan Üsullar

Bir il cəhd göstərməsinə baxmayaraq müvəffəq olmamış cütlüklərdə bir həkimin tövsiyəsi ilə daha da araşdırma aparılmalıdır. Hamilə qalmağın sadə üsullarını axtaran insanlar arasında başqa bir məsələ cinsi əlaqənin ideal tezliyidir. Sağlam və keyfiyyətli, eyni zamanda kifayət qədər sayda sperma əldə etmək üçün həddən artıq cinsi əlaqəyə qaçmaq yersizdir. Həftədə 2-3 dəfə dəfə cinsi əlaqədə olmaq hamiləliyin baş verməsi üçün kifayətdir.

https://youtu.be/Yz5uvtTskPA

Oxu: İNSANLAR DAHA ZORAKI, AQRESSİV OLACAQLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *