Fransada səhiyyə sektorunda yaşanan böhran həm işçiləri, həm də xəstələri çətin vəziyyətdə qoyub. Yeni növ koronavirus epidemiyasından sonra son həftələrdə artan qrip və bronxiolit epidemiyaları xəstəxanaların təcili tibbi yardım şöbələrində sıxlığa səbəb olur.
Ölkə daxilindəki xəstəxanalara ilin ilk həftəsində yerləşdirilən xəstə sayı keçən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artıb.
Bəzi bölmələrdəki həkimlər məzuniyyətlərini ləğv etməli olublar. Xəstəxanalarda yaşanan sıxlıq xəstələrin daha uzun müddət gözləmələrinə səbəb olur.
Fransada səhiyyə işçiləri üsyan edir. İmtahan haqlarını artırmaq istəyən praktikantlar, keçən ay başlatdıqları tətili davam etdirmək qərarına gəliblər.
Paytaxt Parisdə etiraz aksiyası keçirən həkimlər Səhiyyə Nazirliyinin qarşısında yürüş ediblər.
Sevinc Hüseynova